Vüsal Aslanova yeni müavin təyin olundu

Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanova yeni müavin təyin olunub.

Ölkə.az-a istinadən, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Belə ki, müavin vəzifəsinə Zaur Nağıyev təyin olunub.

Qeyd edək ki, o, bu vəzifəyə qədər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin İdarə Heyəti sədrinin müavini olub.