Uitkoff Sankt-Peterburqda keçirilən görüşü konstruktiv adlandırdı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşü konstruktiv adlandırıb.

Uitkoff bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Biz Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdük ki, Osloda əldə olunmuş nailiyyətləri möhkəmləndirək”, – deyə o yazıb.

Uitkoffun sözlərinə görə, danışıqlar konstruktiv xarakter daşıyıb və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə keçiriləcək üçtərəfli danışıqlar çərçivəsində davam etdiriləcək.