Uşakov: Putin bu gün Sankt-Peterburqda Uitkoffu qəbul edəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək.

Bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, Putinin Uitkoffla görüşü günün birinci yarısında baş tutacaq.

Uşakov vurğulayıb ki, Putinin Uitkoffla danışıqlarının əsas mövzusu Ukrayna münaqişəsi olacaq.

Qeyd edək ki, Uitkoff Sankt-Peterburqa səfər edib. Onu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb. Onlar birlikdə danışıqların keçiriləcəyi Konstantinov sarayına gəliblər.