Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı

BİLƏSUVAR, 21 oktyabr. TELEQRAF

Biləsuvar rayonunda 17 yaşlı yeniyetmə qızın meyiti tapılıb.

Hadisə rayon mərkəzində qeydə alınıb.

2009-cu il təvəllüdlü Leyla Kazımovanın meyiti yaşadığı mənzilin həyətində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.