Media: ABŞ, Ukrayna və Avropa Rusiya ilə dialoq üzrə ortaq mövqeyə gəliblər

ABŞ, Ukrayna və Avropa ölkələri Rusiya ilə qarşılıqlı əlaqə və münaqişənin həlli istiqamətində atılacaq addımlarla bağlı razılaşdırılmış mövqe formalaşdırıblar.

Bu barədə “Axios” portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid məlumat verib.

Onun sözlərinə görə, Osloda keçirilən görüşdə Ukrayna yeni ideya və təkliflər irəli sürüb, onlar ətraflı müzakirə olunub.

Jurnalist qeyd edib ki, tərəflər Rusiya ilə münasibətlərdə əlaqələndirilmiş yanaşmanın müəyyənləşdirilməsi və diplomatik prosesin irəlilədilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər.