Azərbaycanda vahid məktəbli formasının tətbiq edilməsi ətrafında yaranan müzakirələrə xüsusilə İran və Türkiyədən gələn reaksiyalar diqqət çəkir.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də məsələyə münasibət bildirib. İsmail Bəqai məsələnin Azərbaycanın daxili imkanları və ictimai dialoq vasitəsilə həllinə üstünlük verən açıqlama ilə çıxış edib.İrandan dözümlü yanaşmaİran rəsmisi Tehranla Bakı arasında uzunmüddətli dostluq və qardaşlıq münasibətlərini xatırladaraq, mövcud məsələlərin qarşılıqlı anlaşma, dini dəyərlərə və vətəndaşların fundamental hüquqlarına hörmət əsasında həll olunacağına ümid etdiyini vurğulayıb.Bəqai qeyd edib ki, Azərbaycanda xalqın hakimiyyətlə qarşılıqlı əlaqədə bu məsələni anlaşma şəraitində həll etməli olduğunu düşünürlər.İran XİN sözçüsü Türkiyədən fərqli olaraq ölkəsinin bu məsələyə daha dözümlü münasibətini ortaya qoymuş oldu. Bəqainin açıqlamasından çıxan nəticə budur ki, İran baş verənləri bir növ Azərbaycanın daxili işi sayır.Türkiyədən isə İrandan fərqli olaraq bu məsələdə ilə bağlı ultimatumlar səslənir ki, uşaqları məktəbə hicabla buraxmamaq qərarı qəbuledilməzdir və Azərbaycan bu səhv addımdan çəkinməlidir.Əslində, Bəqainin açıqlaması ilə bizim Türkiyədən gözlədiyimiz yanaşmanın İrandan gəldiyini söyləmək olar. İran İslam dövləti ola-ola bu məsələnin - vahid məktəbli geyiminin dinə qarşı olmadığını faktiki olaraq təsdiqləyir, Türkiyədə isə təəssüf ki, bu mövzudan manipulyasiya və siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərini görürük.Hicab mövzusunda Azərbaycana informasiya hücumlarının 64 faizi Türkiyə, 11 faizi İranın payına düşürTəəssüf doğuran digər məqam isə informasiya məkanında formalaşan mənzərədir.APA-nın apardığı monitorinqin nəticələrinə görə, hicab mövzusu üzərindən Azərbaycana qarşı informasiya hücumlarının 64 faizə qədəri Türkiyə, cəmi 11 faizi İran mənbələrinin payına düşür. Bu rəqəmlər arasında fərq bir çox mətləblərdən xəbər verir, bir çox reallıqları üzə çıxarır.Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik Türkiyənin müəyyən media və ictimai-siyasi dairələrində mövzunun daha sərt ritorika ilə təqdim olunması müşahidə edilir. Ayrı-ayrı platformalarda məktəbli forması ilə bağlı qaydaların bütövlükdə dini azadlıqların məhdudlaşdırılması kimi təqdim edilməsi ilə manipulyasiya aparılır.Məsələnin ən ciddi tərəfi Türkiyədəki bəzi dairələrin Azərbaycanın daxili hüquqi tənzimləməsini dini qarşıdurma kimi təqdim etməyə çalışmasıdır. Belə yanaşma mövzunun mahiyyətini dəyişdirərək təhsil müəssisələrində nizam-intizam məsələsini siyasi mübahisə predmetinə çevirir.Halbuki Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ümumtəhsil müəssisələrində vahid geyim qaydalarını tənzimləyir. Qərarda konkret dini icmanın hədəfə alınmasından deyil, məktəbli formasının vahidliyinin və dünyəvi təhsil prinsipinin qorunmasından söhbət gedir. APA-nın yayımladığı əvvəlki təhlilində vurğulandığı kimi, məktəb ideoloji qarşıdurma meydanı deyil, təhsil və tərbiyə məkanıdır.Türkiyənin müəyyən dairələrində müşahidə olunan manipulyativ yanaşmalar qardaşlığa sığmırBuna baxmayaraq, Türkiyənin müəyyən informasiya resurslarında məsələnin hüquqi mahiyyəti arxa plana keçirilir, dini emosiyalar üzərindən Azərbaycana qarşı mənfi ictimai rəy formalaşdırılmasına çalışılır. Bu cür təqdimatların əsas problemi faktların kontekstdən çıxarılması və məktəbli geyiminə dair qaydaların bütövlükdə İslam dəyərlərinə qarşı addım kimi qələmə verilməsidir.Burada ciddi ziddiyyət ortaya çıxır. Azərbaycanla qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin daim önə çəkildiyi Türkiyənin informasiya məkanında ölkəmizin daxili qərarlarının siyasi təzyiq mövzusuna çevrilməsi həmin münasibətlərin ruhuna uyğun görünmür. Xüsusilə uşaqların və məktəblərin həssas dini mübahisələrin mərkəzinə gətirilməsi məsuliyyətli ictimai mövqe hesab edilə bilməz.Üstəlik, APA-nın monitorinqində göstərilən 64 faizlik pay belə kampaniyaların miqyasına dair ciddi suallar yaradır. Bu rəqəm Türkiyədə media və siyasi çevrələrin Azərbaycana münasibətdə nümayiş etdirdiyi informasiya fəallığını diqqət mərkəzinə gətirir.Müqayisə üçün, dini məsələlərdə daha sərt ritorikanın gözlənildiyi İranın rəsmi nümayəndəsi Azərbaycan xalqının öz problemlərini həll etmək qabiliyyətini vurğulayır. Türkiyənin bəzi dairələrində isə həmin məsələ Azərbaycanın daxili ictimai dialoqundan çıxarılaraq regional mübahisə mövzusuna çevrilir.Bu mənzərə göstərir ki, qardaşlıq münasibətləri yalnız siyasi bəyanatlarla deyil, qarşı tərəfin suveren qərarlarına və hüquqi sisteminə münasibətlə də ölçülür. Dini etiqad azadlığı, dünyəvi təhsil prinsipləri və məktəbli forması ilə bağlı məsələlər Azərbaycanın daxilində hüquqi və ictimai müzakirələrin predmeti ola bilər. Bu məsələlərdən xarici informasiya kampaniyalarında Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi ölkənin daxili işlərinə müdaxilə cəhdidir. Konkret bu halda Türkiyədən ayrı-ayrı şəxslərin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin şahidi oluruq.Türkiyənin müəyyən dairələrində müşahidə olunan manipulyativ yanaşmalar qardaşlıq münasibətləri ilə ziddiyyət təşkil edir. Azərbaycanın daxili məsələlərinin həlli dini emosiyaların xaricdən siyasi məqsədlərlə istiqamətləndirilməsi deyil, ölkənin qanunları, dünyəvi dövlət prinsipləri və vətəndaşların hüquqları əsasında həyata keçirilməlidir.
Bu gün
203 xəbər bu gün
Kuba Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Marko Rubionu Havanaya qarşı tətbiq olunan iqtisadi blokadanın ləğvi ilə bağlı BMT qətnaməsinin qəbuluna mane olmaq üçün digər ölkələrə təzyiq göstərməkdə ittiham edib
ABŞ son günlər Yaxın Şərqdəki hərbi bazalarında hərbçilərinin sayını azaldır
ABŞ-ın Nyu-Meksiko ştatında məhkəmə “Meta” korporasiyasının 25 milyard dollar ödəməsi barədə qərar çıxarıb
Bəxt planeti olan Yupiter Venera ilə rezonans doğurur və hərəkətə keçmək istəyənlər üçün maliyyə dəhlizi yaradır. Lakin hamı ora eyni dərəcədə girməyəcək. Bəziləri ortaqlıq vasitəsilə, digərləri köhnə borclar vasitəsilə
Oktyabrın sonunadək bu 5 bürcü xoş dəyişikliklər gözləyir
Oktyabrın ikinci yarısında beş bürcün həyatında müsbət dəyişikliklərin baş verəcəyi, onların karyera, maliyyə və şəxsi münasibətlər sahəsində yeni imkanlarla qarşılaşacağı proqnozlaşdırılır.
İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın "Leyptsiq" komandasına qarşı oyunda (4:1) Federiko Valverdenin sağ cinah müdafiəçisi…
Rusiya və Çin Marsın tədqiqi üzrə birgə missiya çərçivəsində istifadə olunacaq cihaz və texnikalar hazırlayacaqlar.
Süd vəzi xərçəngi riskini azaltmaq üçün sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm fiziki aktivlik vacibdir. Mütəxəssislər sağlam çəkini qorumağı, həftədə ən azı 150 dəqiqə orta intensivlikli idmanla məşğul olmağı…
Efiopiyanın Tiqray bölgəsinin cənubunda pilotsuz uçuş aparatının zərbəsi nəticəsində azı 4 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Modern.az AFP-yə istinadən xəbərə verir ki, hadisə oktyabrın 20-si axşam saatlarında…
ABŞ son günlər Yaxın Şərqdəki hərbi bazalarında hərbçilərinin sayını azaldır. "Report"un "NBC News"a istinadən verdiyi məlumata görə, bu barədə vəziyyətlə tanış olan mənbələr bildirib. Telekanalın məlumatına görə…
"Heyvanlara zorakılığa görə cərimələr 5 dəfə artırılsın" - Nigar Camal
Müğənni Nigar Camal heyvana qarşı zorakılığa etiraz edib.
Milan Udineze ilə səfər oyununda biletlərin baha olmasına etiraz edən azarkeşlərinin boykotunu dəstəkləyib. Bu barədə Reuters məlumat yayıb. Qonaq azarkeşlər üçün biletlərin qiyməti 65 avro müəyyənləşdirilib. Milan bu mə
Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov deyib. O…
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət…
Parislə yanaşı, Fransanın digər iri şəhərlərindəki müvəqqəti saxlama kameraları son kütləvi nümayişlərdən sonra tamamilə dolub. BFMTV telekanalına istinadən, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen bildirib…
"Doktor Kim" serialında Mikki Smit obrazını canlandıran britaniyalı aktyor Noel Klark cinsi xarakterli altı hüquqpozma epizodu üzrə irəli sürülən ittihamları qəbul etməyib.
ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi "Meta" korporasiyasını "Facebook" istifadəçilərinin məlumatlarını onların razılığı olmadan əldə etməsi ilə bağlı iş üzrə 25 milyard dollar ödəməyə məcbur edib.
В столице Албании Тиране продолжаются массовые антиправительственные протесты, сопровождающиеся ожесточенными столкновениями демонстрантов с полицией. Как передает Day.Az, участники акций вновь вышли на улицы города…
ABŞ son günlər Yaxın Şərq regionundakı hərbi bazalarında hərbçilərinin sayını azaldır. Bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə…
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikləri və təyinatları olub. Bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.Belə ki, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir…
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzinin…
Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıq məhrum edilə bilər
Oxu.Az-a istinadən, onun əxlaqsızlıq ittihamı ilə 6 aydan 3 ilədək müddətə azadlıqdan məhrum edilməsi tələb olunub. Akış barəsində "əxlaqsızlıq", "narkotik maddədən istifadə" və "cinayət yolu ilə əldə edilmiş əmlakın…
Pentaqon rəhbərliyi Çin və ABŞ-nin digər rəqiblərinə qarşı iqtisadi müharibə aparmaq üçün yeni nəsil kəşfiyyat proqramı yaratmağı planlaşdırır. "The Washington Post" qəzetinə istinadən, bu barədə ABŞ hərbi idarəsinin…
Amerikalı müğənni Meraya Keri qardaşının ona qarşı qaldırdığı 20 milyon dollarlıq iddiadan qalib çıxıb.
ABŞ Prezidenti Donald Trampın kürəkəni və danışıqlar üzrə nümayəndəsi Cared Kuşner Ukraynadakı müharibənin nizamlanması istiqamətində aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmada Rusiya və Çinin birbaşa iştirak etməməsini müsbət qiymətləndirib
Rusiya ABŞ və Ukraynanın iştirakı ilə texniki səviyyədə üçtərəfli sülh danışıqlarının keçirilməsini dəstəkləyib
İranın cənubunda yerləşən Hörmüzqan əyalətində bir neçə partlayış qeydə alınıb
Cəbrayıl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq aşıb.Qəza…
Avropanın kosmik yarışda ABŞ-dən geri qalması və bu fərqi aradan qaldırması olduqca çətin olacaq. Bu barədə Financial Times nəşri yazıb. Nəşr yazır ki, Starlinkin Ukrayna ərazisində tətbiq etdiyi məhdudiyyətlər Avropanın
Ukrayna Norveçin "Kongsberg" şirkəti ilə birlikdə hava hücumundan müdafiə (HHM) sahəsində üç layihə üzərində işləyir. Ukraynanın "Yevropeyskaya pravda" nəşrinə istinadən, bu barədə Prezident Volodimir Zelenski bildirib…
Amerikalı rejissor və ssenarist Skott Derriksonun "Sinister" filmi tamaşaçıların ürək döyüntüləri əsasında aparılan araşdırmanın nəticələrinə görə tarixin ən qorxulu filmi seçilib. Soyuq evdə paltarları necə qurutmaq olar?
Havanın soyuması və elektrik enerjisinin tez-tez kəsilməsi paltarların qurudulmasını çətinləşdirir. Xüsusilə batareyaların işləmədiyi və elektrik quruducusundan istifadə imkanının olmadığı vaxtlarda yaş paltarın quruması…