Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq etdi - Video

"Fransada son günlər iğtişaşların, zorakılıq hallarının və vətəndaş itaətsizliyi faktlarının geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərə isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur".