İranla ABŞ arasında vasitəçilik edən tərəflər Vaşinqtonda danışıqlarla bağlı qərarları kimin qəbul etdiyini müəyyənləşdirə bilmirlər.
Bunu “Tasnim” agentliyinə İranın təhlükəsizlik strukturlarındakı yüksəkvəzifəli mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu qeyri-müəyyənlik danışıqlar prosesində durğunluğa səbəb olur.
“ABŞ-nin hakim dairələrində bu səlahiyyətin məhz kimə, Cey Di Vensə, Stiv Uitkoffa, Marko Rubioya, yoxsa Cared Kuşnerə verildiyi tamamilə aydın deyil”, – mənbə qeyd edib.