Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil

Ali Məhkəmə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb. Bu barədə Ali Məhkəmədən məlumat verilib. İşin hallarına əsasən, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıq əldə edib. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə təqdim edərək məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Bundan sonra məhkum məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışığın…