Möhtərəm cənab Prezident!
Yeni Azərbaycan Partiyasının uğurla baş tutmuş tarixi VIII Qurultayında qəbul edilən qərarlar və Sizin tərəfinizdən müəyyən edilən strateji hədəflər ölkəmizin gələcək inkişaf prioritetlərini aydın şəkildə formalaşdırmışdır.
Qurultayda partiyanın fəaliyyətinda müasir innovasiyalara uyğun yeni ideoloji işin qurulması və vətəndaş məmnunluğunun artırılması istiqamətində qarşıya qoyduğunuz hədəflər hər bir Azərbaycan vətəndaşı kimi Məni də dərindən ruhlandırır.
Dövlətimizin qüdrətlənməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasınadan sonra yaranan yeni reallıqlar dövründə Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı islahatları fəal şəkildə dəstəkləyirəm. Partiyamızın rəhbər tutduğu ali prinsiplərə və dövlətimizin idarəçilik xəttinə sadiq qalaraq Sizin siyasi kursunuzu hər zaman uca tutmağı özümə mənəvi borc hesab edirəm.
Hər bir vətəndaşın müraciətinə və rəyinə göstərdiyiniz xüsusi diqqət və qayğını əsas götürərək, Sizə olan sonsuz etimadımı bildirir, dövlətimizin tərəqqisi və xalqımızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Zati-alilələrinizə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əfəndiyev Vəfadar
Azərbaycan Respublikası, Ağsu rayonu.