İngiltərə Premyer Liqasının XII turunda üz-üzə gələn “Arsenal” və “Mançester Siti” komandaları meydanı heç-heçə ilə tərk ediblər.
Londondakı “Emirates” stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Matçda ilk qolu 35-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Erlinq Holann vurub. Beş dəqiqə sonra Kay Havertz “Arsenal”ın bərabərlik qoluna imza atıb.
İkinci hissənin 48-ci dəqiqəsində Enzo Fernandes qonaqları yenidən hesabda önə çıxarıb. Lakin 83-cü dəqiqədə Yurrien Timber fərqlənərək oyunda son nöqtəni qoyub – 2:2.
Bu nəticədən sonra “Arsenal” 29 xalla turnir cədvəlinə liderlik edir. “Mançester Siti” isə 23 xalla ikinci pillədə qərarlaşıb.