Sabiq direktor müavini vəfat etdi

UNEC-in nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin sabiq tədris işləri üzrə direktor müavini Kərim Mikayılov vəfat edib.

Bu barədə kollecin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Kərim Mikayılov 2020–2024-cü illərdə kollecdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

O, fəaliyyəti dövründə peşəkarlığı və məsuliyyətli yanaşması ilə kollektivin hörmətini qazanıb.

Qeyd edək ki, Kərim Mikayılovun ölüm səbəbi barədə məlumat verilməyib.