Netanyahu və Ayzenkot yeni hökumətlə bağlı razılığa gələ bilmədilər

İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu ilə "Yaşar!" partiyasının lideri Qadi Ayzenkot bazar günü keçirilən görüşdə koalisiya hökumətinin formalaşdırılması şərtləri barədə razılığa gələ bilməyiblər.

"The Times of Israel" qəzetinə istinadən, Netanyahunun "Likud" partiyası və "Yaşar!" partiyası danışıqların işgüzar şəraitdə keçdiyini və tərəflərin aralarındakı ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışdığını bildirən birgə bəyanat yayıblar.

Bununla belə, qəzet yazır ki, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Buna görə də tərəflər məsləhətləşmələri davam etdirməyi planlaşdırmırlar.

İsrail mediasının məlumatına görə, görüşün yekununda Ayzenkot Netanyahuya hakim koalisiyanı müstəqil şəkildə formalaşdıracağını bildirib. O, Netanyahunun istədiyi halda sonradan həmin koalisiyaya qoşula biləcəyini də qeyd edib.