Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında baş verən iğtişaşlar zamanı xəsarət alanların sayı 61 nəfərə çatıb.
Bu barədə Albaniyanın Səhiyyə və Sosial Rifah Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, tibbi yardım üçün müraciət edənlər arasında polislər, aksiya iştirakçıları, jurnalistlər, təhlükəsizlik xidmətlərinin əməkdaşları və deputatlar var.
Hazırda beş nəfər xəstəxanaya yerləşdirilib: polis əməkdaşı, iki etirazçı, jurnalist və yoldan ötən şəxs. Digər pasiyentlər tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Yerli polisin məlumatına görə, iğtişaşlarla əlaqədar 31 nəfər saxlanılıb, onlardan 12-si sonradan həbs edilib, 19-u isə inzibati qaydada məsuliyyətə cəlb olunub. Qeyd olunub ki, həbs edilənlər müxtəlif əşyalarla hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib, nəqliyyatın hərəkətini bloklayıb və ictimai əmlaka ziyan vurublar.
Xatırladaq ki, noyabrın 28-də - Albaniyanın Müstəqillik Günündə Tiranada hökumət əleyhinə etiraz aksiyası polislə toqquşmalara çevrilib və nəticədə onlarla insan xəsarət alıb.