Samuxda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Kür yolunda qeydə alınıb.
Hərəkətdə olan "Fiat Doblo" və "VAZ 21099" markalı avtomobillər toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)