Moskvada Türkiyə səfirliyində güclü yanğın

Moskvada Türkiyənin səfirliyinin binasında yanğın baş verib.

Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə 7-ci Rostov döngəsində qeydə alınıb. Yanğın binanın diplomatik nümayəndəliyin əməkdaşları üçün nəzərdə tutulmuş mənzillərin yerləşdiyi ikinci mərtəbəsində başlayıb. İlkin məlumata görə, otaqlardan birində mebel yanıb.

Ümumilikdə binadan 20 nəfər təxliyə edilib.