Zaman-zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır.
Onun təşkilatçılığı ilə Türkiyənin sevilən sənətçisi Soner Sarıkabadayı bir neçə dəqiqə sonra Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Konsertə maraq gözləniləndən də yüksək olub və bütün biletlər satışa çıxarıldıqdan sonra tükənib.
Eyyub Hüseynzadə bildirib ki, tamaşaçıların böyük marağını nəzərə alaraq, Soner Sarıkabadayının növbəti konsertinin gələn ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.