Azərbaycan millisi Şimali Makedoniyaya məğlub oldu

Azərbaycanın U-19 qızlardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının I seçmə mərhələsində növbəti oyununu keçirib.

B Liqasının 3-cü qrupunda mübarizə aparan yığma ikinci turda Şimali Makedoniya ilə qarşılaşıb.

Serbiyanın Stara Pazova şəhərində təşkil olunan görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk turda Serbiyaya 0:3 hesabı ilə uduzub. Komanda qrup mərhələsində sonuncu oyununu dekabrın 2-də Monteneqroya qarşı keçirəcək.