Xabi Alonso "Çelsi”dən gedir?

İspaniyalı məşqçi Xabi Alonso Londonun "Çelsi” klubunun baş məşqçisi vəzifəsində qalacaq.

Bu barədə “The Touchline” nəşri məlumat yayıb.

“Təqaüdçülər”in rəhbərləri son oyunlardakı zəif nəticələrə baxmayaraq, məşqçini tam dəstəkləyirlər. “Çelsi” Alonsonun uzunmüddətli layihəsinə inanır və ona inkişaf etməsi üçün lazım olan vaxtı verməyə hazırdır”, – məlumatda deyilir.

Xatırladaq ki, London klubu son oyununda “Nottinqem Forest”ə səfərdə 2:3 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra Alonsonun komandası Premyer Liqanın turnir cədvəlində 16 xalla səkkizinci yerdə qərarlaşıb.