Hadisə Ramallahın şərqindəki Əl-Muğayyir kəndinin qərbində baş verib
Üzləri maskalı qeyri-qanuni israilli köçkünlərin işğal altındakı İordan çayının qərb sahilində, Ramallahın şərqindəki Əl-Muğayyir kəndinin qərbində bir elektrik şirkətinin avtomobilinə hücum etdiyi anlar lentə alınıb. Hadisə işçilər əsas elektrik sayğaclarında texniki xidmət işləri apararkən baş verib. Bir işçinin vəziyyətinin ağır olduğu bildirilib.