Xalq inanclarına görə, bəzi yuxular həyatda müsbət dəyişikliklərin, rahatlığın və maddi bolluğun əlaməti hesab olunur.
Təmiz su, sərbəst uçmaq və təzə çörək görmək də yaxşılığa yozulan yuxular sırasındadır. Əcdadlarımız bu görüntüləri çətinliklərin geridə qalması və yeni imkanların yaranması ilə əlaqələndiriblər.
Yuxuda təmiz və sakit su görmək narahatlıqlardan qurtulmaq, ailədə barışıq və rahat həyatın başlanğıcı kimi yozulur. Sərbəst uçmaq isə problemlərin həlli, maneələrin aşılması və uğurun yaxınlaşması rəmzi sayılır.
Yuxuda isti, təzə çörək görmək bolluq, maddi rifah və zəhmətin qarşılığını almaqla əlaqələndirilir. Xalq yozumlarına görə, isti çörək yemək pul gələcəyinə, qalxan xəmir isə maddi sıxıntıların azalacağına işarədir. Qeyd edək ki, bunlar elmi fakt deyil, xalq arasında yayılmış yuxu yozumlarıdır.