"İdmandan kənar": Klubuna sadiq, ailəsinə xəyanət edən futbol əfsanəsi - Foto/Video

Bəzi futbolçular qazandıqları kuboklarla, bəziləri isə bir kluba həsr etdikləri illərlə yadda qalırlar. Rayan Qiqqz isə hər iki xüsusiyyəti özündə birləşdirən nadir idmançılardandır. O, futbolun sürətlə dəyişdiyi illərdə eyni klubun formasını geyinərək bütöv bir dövrün simasına çevrilib.