OPEC+ alyansına üzv ölkələrin nazirləri 2027-ci il üzrə neft hasilatına dair planları müzakirə etmək məqsədilə videokonfrans formatında bir araya gələcəklər.
Bununla yanaşı, OPEC+ Birgə Nazirlər Monitorinq Komitəsinin, eləcə də alyansın yeddi üzv ölkəsinin nümayəndələrinin iştirakı ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Müzakirələr zamanı qlobal neft bazarındakı cari vəziyyət və 2027-ci il üçün hasilat həcmləri ilə bağlı planlar diqqət mərkəzində olacaq.