Rusiyanın Kazan, Samara, Ulyanovsk və Çeboksarı şəhərlərindəki hava limanlarında təyyarələrin enişi və uçuşu müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub.
Agentliyin açıqlamasında qeyd edilib ki, müvəqqəti tədbirlər Kazan, Samara (Kurumoç), Ulyanovsk (Baratayevka) və Çeboksarı hava limanlarında hava gəmilərinin qəbuluna və yola salınmasına şamil edilir.