Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bioloji təhlükəsizlik məsələləri üzrə üçillik fəaliyyət planını təsdiqlədi.
Bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov məlumat verib.
Bu istiqamətin prioritet hesab edilməsi COVID-19 pandemiyası və patogenlərin mənşəyi ilə bağlı qeyri-müəyyənlik kimi qlobal təhdidlərlə əlaqədardır. Bioloji risklərə kollektiv şəkildə cavab verilməsinin zəruriliyi nəzərə alınaraq, Rusiyanın sədrliyi dövründə irəli sürülən təşəbbüslə bioloji təhlükəsizlik 2026-cı il üçün təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.
Planın praktiki icrası çərçivəsində artıq yaradılmış KTMT-nin Koordinasiya Şurası altı iclas keçirib. Bundan əlavə, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) “Mikrob” Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutuna bu sahədə baza elmi-tədqiqat təşkilatı statusunun verilməsi mühüm addım olub.