Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə "Taxtakörpü-Ceyranbatan" su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Allahverdiyev Hüseyn Ceyhun oğlunun cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Siyəzən rayonunda üç məktəbli kanala düşüb.
News24.az-ın əldə etdiyi məlumata görə, azyaşlılardan ikisinin tapılaraq sağ xilas edildiyi bildirilir.
Hazırda digər uşağın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.