"Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda qələbə qazanıb.
Report-a istinadən, komanda Qərb derbisində "Kəpəz"lə üz-üzə gəlib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
72-ci dəqiqədə Hayderson Hurtado, 90+1-ci dəqiqədə Joarlem Santos fərqləniblər. Qonaqlardan Şakir Seyidov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" hələlik ikinci pillədə qərarlaşıb. Gəncə klubu 18 xalla altıncıdır.
Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.