1739-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1739-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 301 051 PUA-sı, 672 zenit-raket kompleksi, 31 811 tank və digər zirehli texnikası, 1 799 reaktiv yaylım atəş sistemi, 36 997 artilleriya və minaatanı, 78 193 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.