Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez səhnə geyimləri ilə bağlı maraqlı açıqlama verib.
Xarici mediaya istinadən, sənətçi “Drew Barrymore Show” proqramında qonaq olarkən təxminən 10 il əvvəl Las-Veqasda baş tutan ilk konsertindən sonra oğlu Maksın ona ünvanladığı sualı xatırlayıb. Hazırda 18 yaşında olan Maks anasının səhnədə seçdiyi cəsarətli geyimlərə münasibət bildirib.
57 yaşlı sənətçi həmin hadisəni belə xatırlayıb:
“Las-Veqasda ilk şoumuzun açılış gecəsi idi. Təxminən 10 il əvvəl baş vermişdi. Uşaqlarımın yeddi yaşı vardı, səkkiz yaşlarına keçmək üzrə idilər. Çıxışım bitəndən sonra oğlum Maks yanıma gəldi. Ondan “Şou möhtəşəm idi!”sözlərini eşidəcəyimi gözləyirdim. Amma o, mənə “Ana, niyə səhnədə heç vaxt şalvar geyinmirsən?” deyə sual verdi. Mən də ona “Bəli, yəqin ki, bu, sənin üçün bir qədər qəribə görünür” cavabını verdim”.
Lopez oğluna səhnə geyimlərinin peşəsinin bir hissəsi olduğunu izah etdiyini də bildirib.
“Mən ona sadəcə deyirəm ki, səhnə sənətçisiyəm. Rəqqasəyəm, şou ifaçısıyam. Mənim peşəm bunu tələb edir”, – deyə müğənni əlavə edib.
Qeyd edək ki, Cennifer Lopez konsertlərində əsasən parıltılı səhnə geyimlərinə, qısa kombinezonlara və hündürdaban çəkmələrə üstünlük verir.