Ağsuda ağır qəza:

Ağsu şəhərində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-2106”-nın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.