Prezident Əli Əsədovu "Şərəf" ordeni ilə təltif etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "Şərəf" ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, noyabrın 30-da Baş nazir Əli Əsədovun 70 yaşı tamam olur.

Əli Əsədov 8 oktyabr 2019-cu ildə Milli Məclisin razılığı əsasında Baş nazir postuna təyin olunub.