"İnter Mayami" MLS-in pley-off mərhələsinin birinci turunun ikinci oyununda səfərdə "Kolumbus Kryu"ya məğlub olaraq turniri tərk edib.
"ScottsMiracle-Gro Field" stadionundakı matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Kolumbus"un heyətində yeganə qolu Santyaqo Rodriqez 90+2-ci dəqiqədə vurub. Qonaqlar cavab qolunu vura bilməyiblər. Lionel Messi bütün matçı meydanda keçirib.
Beləliklə, "İnter Mayami" iki oyunluq bərabərlikdə 4:0 hesabı ilə məğlub olaraq pley-off mərhələsini tərk edibı. Komanda üçün mövsüm başa çatıb. "İnter Mayami" ilk oyunda 3:0 hesabı ilə məğlub olmuşdu.
Xatırladaq ki, "İnter Mayami" MLS Şərq Konfransının turnir cədvəlində 60 xalla ikinci yeri tutut. "Kolumbus Kryu" isə 47 xalla yeddinci yerdə qərarlaşıb.