BYD "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - Foto

BYD konserninə məxsus premium "Yangwang" brendi Çində ilk dəfə özünün flaqman elektrik sedanı "Altior" modelini təqdim edib. Modelin debütü Quançjou avtosalonunda baş tutub. Çin avtomobil nəhəngi bu yeniliklə lüks avtomobillər seqmentində "Rolls-Royce" və "Mercedes-Maybach" markalarına rəqib olmağı hədəfləyir.