Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 28-də Yunanıstan Prezidenti Konstantinos Tasulasla görüşəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, görüş İstanbulda keçiriləcək.

Dövlət başçılarının müzakirə edəcəyi məsələlər hələ açıqlanmayıb.