Bitcoin və Ethereumun qiymətində azalma qeydə alınıb. Son 24 saatda kriptovalyuta bazarında 453,62 milyon dollarlıq mövqe məcburi bağlanıb.
Binance birjasında Bitcoin 2,95 faiz ucuzlaşaraq 58 968 dollara, Ethereum isə 3,06 faiz azalaraq 1 644 dollara enib.
Coinglass-ın məlumatına görə, 92 mindən çox treyderin mövqeyi likvidasiya edilib. Bağlanan mövqelərin 271,18 milyon dolları uzun, 182,61 milyon dolları isə qısa mövqelərin payına düşüb.