Astarada qəza: 7 yaşlı uşaq xəsarət aldı

Astara rayonunda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində azyaşlı ağır xəsarət alıb.

Hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.

Hərəkətdə olan iki VAZ-2107 markalı avtomobil toqquşub. Toqquşma zamanı avtomobillərdən birində olan, Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə xəsarət alıb.

Yaralı azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.