Rusiya ordusu Qara dənizdə yük gəmisinə zərbə endirdi

Rusiya ordusu Odessanın cənub-qərbində Qara dənizdə Ukraynaya məxsus yük gəmisinə zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Vurulan gəmi Ukrayna Silahlı Qüvvələri üçün ikili təyinatlı yük daşıyırdı", - məlumatda qeyd olunur.