Astarada iki avtomobil toqquşdu, xəsarət alan var

Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb.

Hadisə rayonun Təngərüd kəndində baş verib.

Belə ki, iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır./report.az