Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı üçün yeni plan həyata keçiriləcək.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Sumqayıt yolunda avtobuslar üçün xüsusi hərəkət zolağının genişləndirilməsi nəzərdə tutulur.
Paytaxtdan Sumqayıta və əks istiqamətdə ümumilikdə 40 kilometr uzunluğunda avtobus zolağının təşkili planlaşdırılır.
Avtobus sürücüləri isə yeni layihənin həyata keçirilməsinin həm onların işini asanlaşdıracağını, həm də sərnişinlərin mənzil başına vaxtında çatmasına imkan yaradacağını düşünürlər. Onların sözlərinə görə, xüsusilə pik saatlarda yollarda yaranan tıxaclar avtobusların hərəkətinə və sərnişinlərin vaxtında çatdırılmasına mane olur.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında: