Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı - Video

Bakının Xətai rayonunda yolun çökməsi nəticəsində təxminən 10 metr dərinlikdə yeraltı hissə və su kollektoru görünüb.

Moderator.az bildirir ki, bu barədə Baku.ws-ə Nicat Qasımov adlı vətəndaş məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Corad küçəsi, 5B ünvanında, yaşadıqları evin qarşısında baş verib. Yolun çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb və yerin təxminən 10 metr dərinliyində yerləşən su kollektoru üzə çıxıb.

Vətəndaş bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.