"Turan" VK İstanbulda çətin sınağa çıxır

Azərbaycanı CEV Çempionlar Liqasının əsas mərhələsində təmsil edən qadınlardan ibarət “Turan” klubu növbəti oyununu İstanbulda keçirəcək.

Komandamız dekabrın 2-də qrup mərhələsinin II turu çərçivəsində turnirin son finalçısı “Eczacıbaşı Peron İstanbul” klubu ilə üz-üzə gələcək. Qarşılaşma İstanbulda yerləşən “Eczacıbaşı Spor Salonu”nda keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Qeyd edək ki, “Turan” VK qrup mərhələsinin ilk oyununda səfərdə İtaliyanın “Skandiççi” kollektivinə məğlub olub. Təmsilçimizin əsas mərhələdəki ilk ev matçı isə Serbiyanın “Tent Obrenovac” klubuna qarşı olacaq.