Yeni təkliflərə əsasən, qəbul imtahanlarında model dəyişikliyinə, test və əzbərçilik prinsipindən kənarlaşaraq, daha çox öyrənmə, tətbiq, bilik və bacarıqların inkişafına, yazı və dinləmə formatlarına əsaslanan qəbul modelinə keçid nəzərdə tutulur. Bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.İmtahanların yoxlanılması prosesi elektronlaşdırılmalıdırEkspert yeni imtahan modelinə keçid zamanı qiymətləndirmə mexanizminin düzgün qurulmasının vacibliyini vurğulayıb:“Yeni imtahan modelinə keçid zamanı bir məqamı diqqətdən kənarda saxlamaq olmaz. Qiymətləndirmə mexanizmi düzgün qurulmalıdır. İmtahanların yoxlanılması prosesi elektronlaşdırılmalıdır. Əks halda, yeni tipli qəbul imtahanlarında müəyyən problemlər yarana bilər. Məsələn, Dövlət İmtahan Mərkəzi açıq tipli sualları markerlər vasitəsilə yoxlayır. Yəni burada insan faktoru mövcuddur.Bu isə bəzən yanlış qiymətləndirmə hallarına səbəb olur. Abituriyentlər apellyasiya mərhələsinə müraciət etdikdə bəzi cavabların səhv yoxlanıldığı üzə çıxır və həmin şagirdlərin balları bərpa olunur. Bu, hələ yalnız açıq tipli yazılı suallarla bağlıdır. Əgər gələcəkdə şifahi nitqin qiymətləndirilməsi və biliklərin tətbiqinə əsaslanan tapşırıqlar da imtahan modelinə daxil ediləcəksə, bu prosesin elektronlaşdırılması daha da vacib olacaq. Beləliklə, həm şagirdlərin vaxt itkisi azalar, həm də imtahan nəticələrinin daha qısa müddətdə yoxlanılması mümkün olar”.Məktəb tədris proqramı ilə qəbul imtahanlarının proqramı uzlaşdırılmalıdırRamin Nurəliyev məktəb tədris proqramı ilə qəbul imtahanlarının proqramının uzlaşdırılmasının digər vacib məsələ olduğunu qeyd edib: “Hazırda qəbul imtahanlarının proqramı orta məktəb proqramı əsasında formalaşdırılır. Lakin burada sistemin özündə müəyyən problemlər var. Bunu sadə bir nümunə ilə izah edim. Azərbaycan dili fənnini götürək. Şagird fonetika və leksika bölmələrini 5-ci sinifdə, nitq hissələrini 6-7-ci siniflərdə, söz birləşmələri və cümlə üzvlərini isə 8-ci sinifdə öyrənir. Həmin şagird 10-11-ci siniflərdə universitetə hazırlaşmağa başlayır. Onun 5-ci sinifdə keçdiyi fonetika mövzularını, 6-7-ci siniflərdə öyrəndiyi digər qaydaları illər sonra xatırlaması nə dərəcədə realdır?Nəticədə şagird həmin mövzuları yenidən öyrənmək üçün əlavə dəstəyə ehtiyac duyur. Bunun üçün ya repetitor yanına getməli, ya da hazırlıq kurslarına müraciət etməlidir. Mövcud proqramın quruluşu şagirdləri əlavə hazırlığa yönəldir. Məsələn, hazırda qəbul proqramının cəmi 5-6 faizi 10-11-ci siniflərin tədris materiallarını əhatə edir. Bu isə o deməkdir ki, 10-cu sinfə çatan şagird qəbul proqramının böyük hissəsini əvvəlki siniflərdə öyrəndiyi mövzulardan təkrar mənimsəməli olur.Elm və Təhsil Nazirliyi hazırda təmayül sinifləri və məktəbləri yaradır. Bu məktəblərdə tədris müəyyən qədər ali təhsilə hazırlıq istiqamətində qurulur. Hesab edirəm ki, bu yanaşma mərhələli şəkildə bütün orta ümumtəhsil məktəblərinə şamil edilməli, tətbiq imkanları genişləndirilməlidir. Bunun müsbət nəticələrini yaxın gələcəkdə görə bilərik”.Beynəlxalq imtahan nəticələri ilə qəbul imkanları yaradılmalıdırEkspert beynəlxalq imtahan nəticələrinin tanınmasını da vacib məsələlərdən biri hesab edir: “SAT, IELTS və TOEFL imtahanlarının nəticələri əsasında Azərbaycan ali təhsil müəssisələrinə qəbul imkanlarının yaradılmasını mümkün hesab edirəm. Lakin biz öz kimliyimizi, milli qəbul sistemimizi və imtahan modelimizi ikinci plana keçirməməliyik. Mən bir qədər vətənpərvər ruhlu insanam və düşünürəm ki, SAT və digər beynəlxalq imtahanlara üstünlük verərək öz qəbul sistemimizi arxa plana keçirmək doğru yanaşma olmaz.Bəli, SAT, IELTS və TOEFL nəticələrinə əsasən universitetlərdə ayrıca plan yerləri ayrıla bilər. Məsələn, tədrisi ingilis dilində aparılan ixtisaslar üzrə bu nəticələr əsasında qəbul həyata keçirilə bilər. Həmin seçimdən keçməyən abituriyentlər isə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak edə bilərlər”.Qəbul imtahanlarında fənlərin sayı azaldılmalıdırRamin Nurəliyev qəbul imtahanlarında 5-6 fənnin olmasının tərəfdarı olmadığını, imtahanların sadələşdirilməsinin vacibliyini vurğulayıb: “Beynəlxalq təcrübədə universitetə qəbul nisbətən asanlaşdırılır, universitetdə təhsil almaq isə çətinləşdirilir. Bizdə isə bunun tam əksi müşahidə olunur: universitetə qəbul çətinləşdirilib, ali təhsil müəssisələrində oxumaq isə nisbətən asanlaşdırılıb. Bu yanaşmadan uzaqlaşmalıyıq. Buraxılış imtahanlarında Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndirmə aparıldıqdan sonra qəbul mərhələsində hər ixtisas qrupuna uyğun əlavə fənlər müəyyənləşdirilə bilər. Hətta ayrıca blok imtahanına ehtiyac olmadan, vahid formatda imtahan keçirilməsi də mümkündür. Məsələn, birinci ixtisas qrupunda riyaziyyat və kimya altqrupu üzrə kimya, informatika altqrupu üzrə isə informatika əlavə edilə bilər. Beləliklə, hər iki altqrup üçün dörd fənn kifayət edər. İkinci ixtisas qrupunda coğrafiya, üçüncü ixtisas qrupunda tarix, dördüncü ixtisas qrupunda isə biologiya əlavə edilə bilər. Hesab edirəm ki, bu format kifayət qədər məqsədəuyğundur. Beş-altı fənn üzrə imtahan həm valideynlər, həm də şagirdlər üçün əlavə yük yaradır".Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanları dəyişdirilməlidirEkspert jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının mövcud keçirilmə qaydasını da düzgün hesab etmədiyini bildirib:“Hazırda qabiliyyət imtahanında əsasən mətn yazılır, inşa formatında tapşırıq verilir və namizədin qabiliyyəti bu yazıya əsasən qiymətləndirilir. Halbuki jurnalistin danışıq qabiliyyəti, nitqi də mükəmməl olmalıdır. Biz yalnız yazı nümunəsinə əsasən yüksək bal toplayan şəxsi jurnalistika ixtisasına qəbul edirik. Amma həmin şəxsin danışıq qabiliyyətinin zəif olması, nitqində problemlərin mövcudluğu mümkündür. Ona görə də məsələyə daha dərindən yanaşmaq lazımdır.Bu gün Dövlət İmtahan Mərkəzi test modeli ilə yanaşı, digər imtahan formatlarından da istifadə edir. Məsələn, inşa, esse tipli tapşırıqlar və açıq suallar tətbiq olunur. Lakin yalnız universitetlərə qəbul imtahanlarında deyil, ali təhsil müəssisələrində keçirilən semestr imtahanlarında da bu modelin tətbiqi genişləndirilə bilər”.
Bu gün
3081 xəbər bu gün
"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi son illər regional və qlobal miqyasda ciddi ekoloji problem kimi diqqət mərkəzinə çevrilib. Müvafiq qurumların apardığı monitorinqlər göstərir ki, 2005-ci ildən başlayaraq…
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən…
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsində Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib. Bu barədə Dövlət Xidmətinə istinadən xəbər…
Azərbaycan Turizm Bürosu (ATB) 23-26 noyabr tarixlərində İspaniyanın Barselona, İtaliyanın Roma və Milan şəhərlərində Azərbaycanın ilboyu turizm imkanlarının tanıdılması məqsədilə silsilə təqdimat və işgüzar görüşlər…
Azərbaycan fermerlərinin Aqrar Sığorta Fonduna (ASF) zərərlə bağlı müraciətləri ilə onlara ödəniş edilməsi arasında bəzən 2 ilə qədər fərq olur. Bu qənaətə Hesablama Palatası Fondda apardığı…
Əbu-Dabidən Cakartaya uçan sərnişin təyyarəsinin ekipajı transponderdə 7700 fövqəladə vəziyyət kodunu aktivləşdirib. Bu barədə Flightradar24-ün məlumatlarında qeyd olunub. Bildirilib ki, BƏƏ-dən Cakarta istiqamətində…
Bu gün Misli Premyer Liqasında 13-cü tura start verilib. Ilk oyunda “İmişli” “Şəfa”nı sınağa çəkib. Yevlax şəhər stadionunda keçirilən matçın baş hakimi Fərid Hacıyev olub. 4 qolluq görüşdə qonaqlar inamlı qələbəyə…
Pilləkənlə qısa müddət qalxmaq qan şəkərinin tənzimlənməsinə və fiziki dözümlülüyün artırılmasına kömək edə bilər. Bu barədə “İzvestiya”ya açıqlamasında kardioloq Yuliya Moryakova bildirib. Belə ki, araşdırmada diabeti…
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki…
Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Modern.az-a verilən…
Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Keçirilən tədbirlər nəticəsində C.Səfərli, R.Na ğızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev…
Yeni təkliflərə əsasən, qəbul imtahanlarında model dəyişikliyinə, test və əzbərçilik prinsipindən kənarlaşaraq, daha çox öyrənmə, tətbiq, bilik və bacarıqların inkişafına, yazı və dinləmə formatlarına əsaslanan qəbul…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 11-i saat 11:00-da Ağdam şəhər Muğam Mərkəzində Xankəndi şəhəri və Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonlarından olan…
ABŞ-nin Nyu-Meksiko ştatında Rebekka Teylor adlı hamilə məhbus tibb müəssisəsindən həbsxanaya aparılarkən xidməti avtomobildə qaçıb. Bu barədə “The New York Times” nəşri yerli polisə istinadən...
Ermənistan dəmir yolları ilə bağlı Ermənistan-Rusiya birgə işçi qrupunun məhdud tərkibdə ikinci iclası keçirilib. Ermənistan tərəfindən işçi qrupuna ərazi idarəetmə və infrastruktur nazirinin...
Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Türkiyənin "Fənərbağça" klubunun əfsanəvi oyunçusu olmuş Aleks de Souza Braziliyanın "Seara" komandasının baş məşqçisi təyin olunub.
Xalq artisti Röya Ayxan sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. Pop ulduz qardaşının həyat yoldaşı haqqında xoş sözlər söyləyərək ona təriflər yağdırıb. Müğənni gəlininin bacarığını və xüsusiyyətlərini yüksək…
Yeni təkliflərə əsasən, qəbul imtahanlarında model dəyişikliyinə, test və əzbərçilik prinsipindən kənarlaşaraq, daha çox öyrənmə, tətbiq, bilik və bacarıqların inkişafına, yazı və dinləmə formatlarına əsaslanan qəbul…
Gəncə şəhəri “Cümə” (Şah Abbas) məscidinin təmir-bərpa işlərinə başlanılır.
Bakının 26 küçə və prospektində tıxac müşahidə olunur. Bu barədə NİİM məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şos...
Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Keçirilən tədbirlər nəticəsində C.Səfərli, R.Nağızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev…
Formula 1 üzrə dünya çempionatının 22-ci mərhələsi olan Qətər Qran Prisi noyabrın 29-da baş tutacaq. Yarış 5,4 kilometrlik Lusail Beynəlxalq Trasında keçiriləcək və 57 dövrədən ibarət olacaq. Start Bakı vaxtı ilə saat…
İspaniyanın El-Yerro adasındakı La-Restinqadan təxminən 62 kilometr cənubda kiçik qayığın göyərtəsində 10 miqrantın meyiti aşkarlanıb. Bu barədə Dəniz Xilasetmə Xidmətinə istinadən İspaniya mediası məlumat yayıb. Bundan…
Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında Gürcüstanda keçirilmiş UEFA Avropa Liqasının oyununda baş verən hadisələri araşdırmaq üçün etika və intizam müfəttişləri təyin edilib. Bu barədə…
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin və aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Aşağı Zeyid kəndində növbəti səyyar qəbulu keçirilib. Qəbulda…
Azərbaycan ilk dəfə olaraq 2028-ci ildə MDB-yə (Müstəqil Dövlətlər Birliyi) sədrlik edəcək. Rusiya KİV-də yayılan məlumata görə, bunu MDB-nin baş katibi Sergey Lebedev Moskvada MDB…
Neftçala rayonunun Sübh kəndində yerləşən keçmiş Kür-Ağzı Nərə Balıqartırma Zavodunun əmlak kompleksi investisiya müsabiqəsi yolu ilə özəlləşdirilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak…
UEFA Avropa Liqasında Türkiyənin “Beşiktaş” klubu ilə İsrail təmsilçisi “Hapoel Beer-Sheva” arasında Gürcüstanın Batumi şəhərində keçirilən qarşılaşma zamanı baş verən hadisələri…
Bakı. Trend: 2026-cı il noyabrın 9–10-da Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forum keçirilib. Azərbaycan…
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın strateji hədəflərinin mərhələli şəkildə reallaşması regionun inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amilə…
Банк запускает программу Climate Advance на $5,2 млн для развития "зеленой" экономики в шести странах.
Правительство России ввело шестимесячный запрет на экспорт гречихи для обеспечения стабильности внутреннего продовольственного рынка. Ограничения не распространяются на страны Евразийского экономического союза и поставки…
В Зале камерной и органной музыки при Азербайджанской государственной академической филармонии имени Муслима Магомаева состоялась концертная программа Бакинского государственного камерного оркестра.
Обнародована повестка дня пленарных заседаний Милли Меджлиса, которые состоятся 1-2 декабря. Как сообщили Day.Az в отделе прессы и связей с общественностью парламента, в нее включены 8 вопросов. 1. Законопроект "О…
3 декабря в Киноцентре "Низами" состоится презентация документального фильма "Шамахы" - первой киноленты в рамках проекта "Buralar", посвященного городам Азербайджана. Как передает Day.Az, руководителем проекта и автором…
Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq.
Земельный участок площадью 8,7870 гектара в поселке Гызылдаш Гарадагского района Баку определен в качестве территории возобновляемых источников энергии для строительства ветроэлектростанции мощностью 70 МВт. Как передает…
“Belta”
DGK
Rusiya prezidenti