"Traktor"un qadın futbol klubu qalib gəldi

Təbrizin "Traktor" qadın futbol komandası Birinci Liqanın səkkizinci həftəsinin oyunları çərçivəsində Kürdüstanın "Yasam" komandası ilə qarşılaşıb.

Bu haqda idman mediası məlumat yayıb.

Noyabrın 26-da Təbrizin "Qəvidel" stadionunda keçirilən qarşılaşmada Təbriz təmsilçisi 3-0 hesabı ilə qalib gəlib.

Bununla da "Traktor" qadın futbol komandası xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.