“Şəfa” Misli Premyer Liqasının XIII turuna qələbə ilə başlayıb.
Paytaxt klubu səfərdə “İmişli” ilə qarşılaşıb və meydanı üç xalla tərk edib.
Yevlax şəhər stadionunda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Şəfa”nın heyətində Elnur Cəfərov 14 və 29-cu dəqiqələrdə dubl edib. Musa Quel isə 55-ci dəqiqədə fərqlənib. Meydan sahiblərinin yeganə qolunu 41-ci dəqiqədə Ronaldo de Souza vurub.
Bu qələbədən sonra xallarını 8-ə çatdıran “Şəfa” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 12 xalı olan “İmişli” isə 8-ci yerdədir.
Turun növbəti oyununda “Neftçi” “Zirə”ni qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIII turuna noyabrın 29-da yekun vurulacaq.