Rusiya müharibənin 1738-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 299 450 PUA-sı, 672 zenit-raket kompleksi, 31 795 tank və digər zirehli texnikası, 1 797 reaktiv yaylım atəş sistemi, 36 992 artilleriya və minaatanı, 78 132 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.