Bu gün Misli premyer-liqasında 13-cü tura start veriləcək.
Bütün oyunlar “CBC Sport”un efirində canlı yayınlanacaq. “Turan Tovuz” – “Kəpəz” oyununu həm də “İdman TV”dən izləmək mümkün olacaq.
Misli premyer-liqası
2-ci dövrə, 13-cü tur
27 noyabr
İmişli – Şəfa 0:0
“İmişli” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax, şəhər stadionu. Saat 14.30.
Ervins Perkons komandanı ilk dəfə baş məşqçi statusu ilə meydana çıxaracaq. Qənaətbəxş nəticələr sayəsində ortabablar sırasında qərarlaşan Aran təmsilçisi mövqeyini qorumaq uğrunda mübarizə aparacaq. “Pələnglər”in bu dueldən üzüağ çıxacağını iddia edə bilərik. Lakin “Şəfa”nın durumunu da gözardı etmək olmaz. Bakılıların rəhbərliyi çərşənbə axşamı keçirilən klubdaxili iclasda növbəti dəfə baş məşqçi Zaur Həşimova etimad göstərib. Bu səbəbdən kollektivdə ruh yüksəkliyi yaşana bilər. Odu ki, meydan sahibləri bütün ssenarilər üçün hazırlıqlı olmalıdı.
Komandalar indiyə qədər bir dəfə qarşılaşıb. Matç “İmişli”nin 1:0 hesablı səfər qələbəsi ilə nəticələnib.
Neftçi – Zirə
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 20:+9=7-4, 29:19.
2015/16 – 1:1, 0:0; 2016/17 – 0:1, 1:2; 2017/18 – 1:2, 1:1; 2018/19 – 2:2, 4:2; 2019/20 – 3:0; 2020/21 – 0:0, 4:0; 2021/22 – 2:1, 1:1; 2022/23 – 2:1, 1:0; 2023/24 – 1:0, 1:0; 2024/25 – 2:1, 2:4; 2025/26 – 0:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 45-30-25.
Hakimlər: TURAL QURBANOV, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Bakı, “Palms Sports Arena”. Saat 19.00.
“Neftçi” zirvəni əldən verməyi ağlının ucundan belə keçirmir. 90 illik yubileyini çempionluqla taclandırmaqda israrlı görünən “ağ-qaralar” oyunu qalib başa vurmaq üçün canını dişinə sıxacaq. Komandanın cari mövsümdə yalnız “Zirə”yə uduzduğunu nəzərə alsaq, meydana qisas üçün çıxacağı aşkardı. Belədə sabit nəticələr qazanmaqda çətinlik çəkən “qartallar”ın çətin imtahanla üz-üzə qalacağına şübhə yoxdu. Hər halda, tərəflər paytaxt derbisini uğurla tamamlamaq üçün əlindən gələni əsirgəməyəcək.
Komandalar indiyə qədər 42 dəfə qarşılaşıb. Bunarın 14-də “Neftçi”, 16-da “Zirə” qələbə qazanıb, 12-də qalib müəyyənləşməyib. Topların nisbətində “ağ-qaralar” öndədi – 47:45.
28 noyabr
Turan Tovuz – Kəpəz
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 7:+7=0-0, 18:1.
2022/23 – 2:0, 2:0; 2023/24 – 4:0, 1:0; 2024/25 – 2:1, 4:0; 2025/26 – 3:0.
Cəzalı: Xorxe Silva (Turan Tovuz).
“Futbol+”in proqnozu: 40-25-35.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz, şəhər stadionu. Saat 16.30.
Qərb derbisini turun mərkəzi oyunu adlandırsaq, yanılmarıq. Ona görə ki, həm “Turan Tovuz”, həm də “Kəpəz” uğurlu çıxışla gündəmdədi. “Bozqurd” son 4 oyunda uduzmayıb. “Sarı-göylər” isə son 8 matçda cəmi bir dəfə məğlub olub. Deməli, Gəncə təmsilçisi əvvəlki görüşlərlə müqayisədə daha güclüdü. Belədə meydan sahiblərinin ehtiyatı əldən verməməsində fayda var. O başqa məsələ ki, “Kəpəz” hələ “Turan Tovuz”un meydanında nəinki qələbə, hətta xal belə qazana bilməyib.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 16 dəfə üz-üzə gəlib. Həmin qarşılaşmaların 10-da tovuzlular, 4-də gəncəlilər 3 xala yiyələnib, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində “bozqurd” üstündü – 29:11.
Sabah – Araz-Naxçıvan
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+2=3-0, 10:5.
2023/24 – 1:1, 2:0; 2024/25 – 1:1, 2:2; 2025/26 – 4:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, “Sabah Arena”. Saat 19.00.
“Barselona” ilə matçda böyük güc sərf edən “Sabah” bundan cəmi üç gün sonra meydana çıxacaq. Rəqibin çempionatın ən zəif komandası – “Araz-Naxçıvan” olmasının “bayquşlar”ın işinə yarayıb-yaramayacağını bilmirik. Çempionlar Liqası yorğunluğunun kollektivə təsirsiz ötüşməyəcəyi, heyətdə rotasiyaların olacağı sirr deyil. Ya meydan sahibləri rəqibin ciddi çatışmazlıqlarından yararlanıb, liderlik yarışında büdrəməməyə çalışacaq, ya da qonaqlar bakılıların məlum durumundan maksimum faydalanacaqlar. Aşkar favorit hər şeyə rəğmən, “Sabah”dı. İndi hər şey “qırmızı-ağlar”ın bacarığından asılıdı. Axı bu şans da dəyərləndirilməsə, naxçıvanlıların “zirzəmi”dəki ömrü bir qədər də uzanacaq.
Komandalar indiyə qədər 12 dəfə qarşılaşıb. Bunların 6-da bakılılar, 1-də naxçıvanlılar qələbə qazanıb, 5-də qalib müəyyənləşməyib. Topların nisbətində “bayquşlar” öndədi – 20:12.
29 noyabr
Şamaxı – Qəbələ
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 30:+12=9-9, 43:33.
2006/07 - 2:0; 2007/08 - 4:0; 2008/09 - 1:1; 2009/10 - 3:2, 4:1; 2010/11 - 0:0; 2011/12 - 1:1, 2:1; 2012/13 - 2:1, 1:0; 2013/14 - 0:1, 0:0; 2014/15 - 4:0, 1:2; 2015/16 - 2:1, 0:1; 2016/17 - 1:1, 0:2; 2017/18 - 1:1, 1:1; 2018/19 - 1:2, 1:2; 2019/20 - 2:1; 2020/21 - 3:1, 3:1; 2021/22 - 2:3, 0:1; 2022/23 – 1:1, 0:0; 2025/26 – 0:4.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Kərim Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
Elitada qalmaq uğrunda yarışan komandaların dueli də maraqla gözlənilir. Ortabablar sırasında olan “Şamaxı” son 4 matçda qələbəyə həsrət qaldığından mövqeyinin sarsılmasından qorxur. Odu ki, tilsimi qırmaq vacibdi. Ötən həftə “Şəfa”nı yenməklə təhlükəli zonadan uzaqlaşan “Qəbələ”nin gözü də yüksəkdədi. “Qırmızı-ağlar” turnir cədvəlində bir qədər də irəliləməklə rahat nəfəs almaq istəyir. Deməli, tərəfləri yalnız qələbə ovundura bilər.
Komandalar indiyə qədər 63 dəfə üz-üzə gəlib. Bunların 20-də “Şamaxı”, 21-də “Qəbələ” 3 xala sevinib, 22-də heç-heçə qeydə alınıb. Topların nisbətində “şirlər” öndədi – 76:71.
Qarabağ – Sumqayıt
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 27:+23=1-3, 70:13.
2011/12 – 1:2; 2012/13 – 3:0; 2013/14 – 5:1, 3:0; 2014/15 – 2:0, 1:0; 2015/16 – 2:2, 1:0; 2016/17 – 3:0, 2:1; 2017/18 – 4:1, 2:0; 2018/19 – 1:0, 2:0; 2019/20 – 2:0, 1:0; 2020/21 – 6:1, 4:1; 2021/22 – 2:0, 5:0; 2022/23 – 3:1 1:2; 2023/24 – 5:0, 2:0; 2024/25 – 5:0, 2:0; 2025/26 – 0:1.
Cəzalı: Lukas Blek (Sumqayıt).
“Futbol+”in proqnozu: 45-30-25.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı, “Azərsun Arena”. Saat 17.00.
5 oyunluq qələbə, 4 matçlıq qol həsrəti... İnanmaqda çətinlik çəksək də, söhbət “Qarabağ”dan gedir. Ağdamlılar çempionluq yarışında sürətlə “qan itirir”. Onlar dərhal dirçəlməli, qələbələri sıralamalıdı ki, namizədlər sırasından silinməsinlər. Öz aramızdı, bu məqsədin təməli üçün “Sumqayıt” münasib rəqibdi. Üstəlik, meydan sahibləri xanım azarkeşləri üçün biletləri pulsuz etməklə stadiona daha çox tərəfdarın cəlb olunmasına çalışır. “Kimyaçılar” ötən həftə “Sabah”a 1:5 hesabıyla uduzmaqla vəziyyəti bir qədər də qəlizləşdirdilər. Mövcud vəziyyət “gənclik şəhəri” təmsilçinin adına nikbin danışmağa imkan vermir. Son söz, təbii ki, meydanda deyiləcək.
Bu komandalar indiyə qədər 55 dəfə qarşılaşıb. Bunların 42-də “Qarabağ”, 8-də “Sumqayıt” qələbə qazanıb, 5-də qalib müəyyənləşməyib. Topların nisbətində ağdamlılar öndədi – 135:29.
Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Neftçi” son 5 matçda qələbə qazanmayıb. Son üç qarşılaşmada 2-dən çox qol vurulmayıb.
// “Kəpəz” son 2 qarşılaşmada qol vurub və xal qazanıb. “Turan Tovuz” bütün ev oyunlarında qələbə qazanıb.
// “Sabah” son 10 matçda uduzmayıb. “Araz-Naxçıvan” son üç görüşdə xal qazanmayıb.
// “Qəbələ” son 3 oyunda xal qazanıb. “Şamaxı” son 5 ev görüşündə qalib gəlməyib.
// Son üç qarşılaşmada “Qarabağ” qələbə qazanıb. Ağdam təmsilçisinin son 5 ev matçında qol vuran komanda qalib gəlib.
1. Neftçi 12 8 3 1 29-12 27
2. Sabah 11 7 3 1 27-7 24
3. Turan Tovuz 12 7 3 2 14-8 24
4. Qarabağ 11 5 5 1 14-8 20
5. Zirə 12 5 5 2 18-17 20
6. Kəpəz 11 5 3 3 10-10 18
7. Şamaxı 12 3 5 4 17-18 14
8. İmişli 12 3 3 6 11-17 12
9. Qəbələ 12 3 2 7 8-18 11
10. Sumqayıt 11 2 4 5 14-19 10
11. Şəfa 12 1 2 9 8-22 5
12. Araz-Naxçıvan 12 0 4 8 12-26 4
Bombardir: Breno Almeyda (Neftçi) – 9.