ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əl-Zeydinin dövlət hakimiyyətinin möhkəmləndirilməsi, neft qaçaqmalçılığı və korrupsiyaya qarşı mübarizə üzrə səylərini dəstəklədiyini bəyan edib.
O, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Biz İraqın Baş naziri Əli əl-Zeydinin ölkənin bütün ərazisində dövlət hakimiyyətinin təmin edilməsi, İraq neftinin qaçaqmalçılığına son qoyulması, korrupsiyaya qarşı mübarizə və bütün silahların yalnız dövlətin nəzarətinə verilməsi üzrə səylərini dəstəkləyirik", - Tramp yazıb.
O, həmçinin əl-Zeydinin müstəqil şəkildə siyasi qərarlar qəbul edən vahid, firavan və güclü İraq qurmaq səylərini dəstəklədiyini bildirib.