“Formula 1” həyəcanı bu dəfə Qətərdə yaşanacaq

“Formula 1” üzrə dünya çempionatının növbəti mərhələsi Qətərdə keçiriləcək.

5,4 kilometr uzunluğunda olan Lusail Beynəlxalq Avtodromunda təşkil ediləcək yarış 57 dövrədən ibarət olacaq. Təsnifat mərhələsi noyabrın 28-də Bakı vaxtı ilə saat 22:00-da, əsas yarış isə noyabrın 29-da saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli noyabrın 1-də keçirilən Meksika Qran-prisini üçüncü pillədə başa vuraraq dünya çempionluğunu təmin edib. “Mercedes” isə Braziliya Qran-prisində komandalar arasında çempionluğa yüksəlib.

Qətər Qran-prisi öncəsi pilotların və komandaların turnir cədvəlində ilk beşlik belə formalaşıb:

Pilotlar: Kimi Antonelli (İtaliya) - 402 xal

Maks Ferstappen (Niderland) - 304 xal

Lüis Hamilton (Böyük Britaniya) - 267 xal

Corc Rassell (Böyük Britaniya) - 264 xal

Lando Norris (Böyük Britaniya) - 264 xal Komandalar: “Mercedes” - 666 xal “Ferrari” - 517 xal “Red Bull” - 440 xal “McLaren” - 431 xal “Racing Bulls” - 114 xal