Azərbaycanın görkəmli şairlərinin əsərlərindən seçilmiş misralar süni intellekt vasitəsilə özbək dilində canlandırılıb.
Publika.az Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, videoçarx “Məşhur misralar” layihəsi çərçivəsində hazırlanıb.
Layihənin yeni buraxılışında Nizami Gəncəvi, Əfzələddin Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin yaradıcılığından seçilmiş misralar müasir texnologiyaların köməyi ilə təqdim olunub.
Layihənin əsas məqsədi Azərbaycan ədəbiyyatının zəngin irsini beynəlxalq auditoriyaya tanıtmaq və klassik poeziyamızı müasir texnologiyalar vasitəsilə təbliğ etməkdir.
Həmin videoçarxı təqdim edirik: