Azərbaycana ATƏT-in sədrliyinə namizədliyini irəli sürmək təklif olunub.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.
“Bildirmişik ki, Azərbaycan təşkilatın gələcəyinə öz müsbət töhfəsini verməyə hazırdır”, - o qeyd edib.